Xəbər verdiyimiz kimi, Bakının mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə "Xaski" cinsli itlərin sayında artım müşahidə edilir.
Ednews məsələ ilə bağlı “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əlaqə yaratdı. Mərkəzdən verilən məlumata görə, onların fəaliyyəti sahibsiz küçə itləri ilə bağlıdır:
“Reydlər zamanı aşkar olunan istənilən küçə itləri götürülür. Mərkəz bununla bağlı hər zaman tədbir görür və bu iş vəzifə borcudur. Mərkəzin işi küçə şəraitində olan itləri tutmaqdır”.
Məsələnin ciddiyətini nəzərə alaraq vəziyyəti gündəmdə saxlayacağıq.
Oğuz