Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun il mərasimi keçirilir.
Ednews qafqazinfo.az-a istinadən xəbər verir ki, yas mərasimi onun doğulub boya-başa çatdığı ata yurdu Gəncədə keçirilir.
Xatırladaq ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədib.
Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.