Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Azərenerji"yə 30 milyon ABŞ dolları həcmində kredit ayıracaq.
Bu barədə Ednews-a AYİB-dən bildirilib. Məlumata görə, sözügedən kredit Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınmasının maliyyələşdirilməsinə yönəlib. Bildirilib ki, layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Burada borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.