Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ev yanıb.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan, birmərtəbəli, 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildirilib.