Onlarla fərqimiz “ev” olmağımızdadır

Cəmiyyət 14:06 30.03.2024

Ey dili qafil fil faili məchul fani f....
(şər güclərin çağdaş dünyayla bağlı məqsədlərinin  başında ailə sistemlərini dağıtmaq gəlir. Çarlız Mudoik)
Derlər,
Unudulmuş oxucu, 
 
Onlar, istədiklərini bizim kimi məsum ölkələrin, toplumların üzərində gerçəkləşdirməyi bacardılar. Onların, istəklərinin başında bizim kimi toplumların ailə düzəninin, ailə sisteminin təməlinə dinamit qoymaq kimi əyləmlər gəlirdi. Onlar, şərq-türk toplumlarının ailə gələnəyinin artan silsilə həddi ilə sonsuza kimi, varlığın, bütövlüyün dərinliyinə necə işlədiyinin fərqində idilər. Onlar, bizim ailə məbədimizi, dənizi, çayı, dağı, torpağı, meşəliyi tanıdıqları kimi tanıyırdılar. Onların qorxusu ondan ibarət idi ki, bu toplumlar bir daşla iki quşu necə vururlar: həm ailə qururlar, həm təbiət olur, təbiətləşirlər, həm də bəşəriyyətə mədəniyyət bəxş edirlər. Onların, gözü həmişə bizdə qaldığı kimi, onların gözü həmişə bizim üstümüzdə də olub. Çünki bu şər güclərin heyrət yeri biz olmuşuq. “Bir” adlı varlığımızda eyni anda ”iki-üç”olaraq  görsənmişik. “Bir” adlı kimliyimizdən “iki”lər, “üç”lər peydah olub. Bu ikilərimiz, üçlərimiz onların gözləmədikləri yerdən heyrət adlı şübhəçi, materiaçı aləmlərinə daxil olmuşuq.Yuxularını ərşə çəkmişik. Həyatlarını zindana çevirmişik. Yuxularına haram qatmışıq. Bəs bütün bunlar olduğu təqdirdə, sizcə, onlar əllərini - qollarını sallayıb sakit bizi seyr etməkdə davam edəcəklər? Varlığımızla və kimliyimizlə durduğumuz yerdə onların başlarına nələr açmamışıq ki? 
 
Derlər,
Unudulmiuş oxucu,
Bizlərdə, şərq-türk ailələrində doğulanların anası bəlli olduğu kimi, atası da bəlli olurdu. “Ana-ata bəlliliyi”ndən öncə və sonra da bu kimliyn hər iki üzündə:-dünya və axirət yönündə sonsuz, qüdrətli vasfını daşıyan Yaradıcı Varlığın mövcudiyyəti vardı. Bu ailə:- ata və ana adlı varlıqları bütün yaşam sürəsi boyunca o Sonsuz Güc Sahibinin kontrolu altında olduqlarını unutmazdılar. Bəzən zehinsəl, bəzən ruhsal, bəzən şüursal olaraq bu sonsuz və qüdrət sahibi varlıqla təmaslarını həyatlarının hər sahəsində dışa vurur, üzə çıxardır, yaşamlarında ifadə etməkdən usanmırdılar. Əsl olan da elə bu idi ki, onlar nəfəs alıb - vermə təkrarından betər olan bir “təkrar” içində bu monotonluqdan bezmirdilər, əksinə daha da şövqlənib unutqan olmama vasıflarını vəfa qalasına, vəfa bürcünə, əhdə sadiklik dağına çevirirdilər. Elə olan təqdirdə, bu kimliklərin əlindən nəyini istəsən ala biləcəyin təqdirdə, o ailə yapısını, ev olma, ocaqlaşma qudsiyyətini heç cürə ala, dağıda bilməyəcəkdin. Bunları anladıqları zamanda isə, onlar üçün artıq gec qaldıqlarını bilsələr də, yenə də şeytan şəcərəli cariyəliklərini kənara QOMAĞI bacarmadılar. 
 
Derlər,
Unudulmuş oxucu, 
Onlar, bizlərin paltarına, geyim-qurşamımıza toxunmağı bacardılar, amma ruhumuza daxil olmağa çətinlik çəkdilər. Onlar, ayaqqabılarımızın ölçülərini müəyyən etməkdən zövq aldılar, ancaq gedəcəyimiz yolların istiqamətini ya bilmədilər, ya da bildiklərində bağırları çatladı. Onlar bizim geyim-keçimlərimizdən hali idilər və zövqümüzə də kifayət qədər şahidlkik etmişdilər, ancaq bu geyim - keçimlə hara, kiminlə görüşə varacağımızı heç cürə kəsdirə bilmədilər. 
Onlar, bizim kişilərimizin papaqlarına, qadınlarımızın yaşmaqlarına vergi qoymaqdan çəkinmədilər və həya etmə duyğularının olmadığı qənaətinə özləri də inandılar. Ancaq ...ancaq onlar, bir şeyi anlamadılar;- bizim ödədiyimiz o vergilərin, maddiyyatların içində neçə qat dəyər və ödənclər vardır ki, bunlar zamanı gəlib vaxtı yetişdiyində özünün əsl vergi sahibinə, var-mülk sahibinə dönüş edirdi. Bilmirdilər, əlbəttə. Bilsə idilər, bizi sağ buraxmazdılar. 
Gün gəldi, onlar bədənlərimizi, orqanlarımızı da mənimsədilər. Ancaq... ancaq nə illah etsələr də, alıb - verdiyimiz nəfəsi, gözümüzdəki işığı və bu işıqlarla görə bildiyimiz həqiqət mənzərələrini, nə də ruhumuzu, şüuraltımızı əsla öz inhisarlarına, insyativlərinə qul etməyi bacarmadılar. Əksinə bu cəhd və çabaları mənəvi baxımdan onları bizlərin köləsinə çevirdi. Onlar, kölə, qorxaq, rəzil, satqın, xain, ikiüzlü kimliyinin şəhanə təmsilçiləri, şahənşahı olmasa idilər, bu qədər göz yaşlarını, bu qədər günahsız canların qanlarını axıtmazdılar. 
 
Derlər,
Unudulmuş oxucu, 
Onlar, bizlərin ailə düzən və yaşamımızı darmadağın etmək üçün əsrlər boyunca projelər yürütdülər, min yola baş vurdular, əldən - ayaqdan getdilər. Bacarmadılar. Bilirsən niyə? Çünki sən, sevməyin, vurulmağın, məhəbbətin, aşiqliyin, ailə qurmağın, toy-düyün etməyin, bir ocağa sahib olmağın sonunu “EV-LİLİK” adlı bir ağılalmaz, ağılşaşırdan anlayışla, təfəkkürlə möhürləyirsən. Sən bu izdivaca, nəsil artırmağa, genini gələcək zamanlara sağlam şəkildə göndərməyə, qiyamətə öz geninlə, genetikanla və öz ruhunla, öz ruhaniyyətinlə, yəni öz kimliyinlə çıxmağa cəsarət edən, hünər göstərən bir toplumun fərdi olaraq yürüyəcəksən. Sən qadın - kişi münasibətini göylərdə aktlaşdırıb təsdiqini almaqdan ötəri bu izdivacı gələcəyə kimlikli, soylu-şəcərəli nəsil ötürmək üçün ev-lənəcəksən, ev olacaqsan. Sən ailəyə ev, ocaq, soy-sop, gələcək və keçmiş kimi baxdığın üçün, məhz “ev-lən”irsən! Məsələ budur. Yoxsa, gerisi təfərrüatdır, xülyadır, zaydır, darmadağınıqlıqdır, şeytanidir.
Qorxaqlar, şeytanlar, kölələr həmişə hücum edər, saldırar, qisas alar, intiqam duyğuları ilə bəslənərlər. Heç gördünüzmü dünyanın istənilən dillərində bir dəfə desinlər ki, mələklər saldırdı, hücum etdi, dağıtdı, qırdı, tökdü, bədbəxt elədi? Bu gün o kölə, qorxaq və xəyanətkarlar (Uca Yaradıcı gücə qarşı xəyanətkardır onlar) çalışırlar ki, hələ də nəyin bahasına olur olsun, bizlərin ailə sistemini darmadağın eləsinlər. Buna qismən 100 illərdir müxtəlif üslub və yöntəmlərlə nail ola bilsələr də, ancaq şükürlər olsun ki, tam bu gedişatda başarılı ola biməyiblər. 
 
Xanəmir Telmanoğlu

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Hamısı