Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev xəbərdən kədərləndiyini bildirərək Elmira Süleymanovanın ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verib.
U.Mirzəyev E.Süleymanovanın fəaliyyətini heç vaxt unutmayacağıq deyə bildirib:
"Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira xanımı harda olmasından asılı olmayaraq həmişə vətəndaş cəmiyyətinin təmsilçisi kimi görmüşük. Allah rəhmət eləsin. Yeri behişt olsun".
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.