Azərbaycana gələn bütün müşahidəçilərə seçkiləri açıq, şəffaf izləmək üçün hər cür şərait yaradılacaq
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Ombudsman Aparatı ilə birlikdə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, hər seçki məntəqəsinin payına onlarla müşahidəçi düşür: "Hazırda müşahidəçilər qeydə alınırlar. Bundan əlavə 1000 seçki məntəqəsində də vebkameralar quraşdırılıb və dünyanın hər yerində bu seçkiləri onlayn izləmək mümkün olacaq"