Cəbhə və danışıqlar: Rusiya-Ukrayna müharibəsi "PUA mərhələsində"

Cəbhə və danışıqlar: <span class="text-danger">Rusiya-Ukrayna müharibəsi  "PUA mərhələsində"</span>

Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində gərginlik artdıqca, tərəflərin hərbi taktikası da dəyişir.

Son həftələr Ukraynanın Rusiya ərazisinə PUA hücumlarını intensivləşdirməsi Moskva-Kiyev qarşıdurmasında yeni mərhələ kimi qiymətləndirilir. 

Rusiyalı hərbi ekspert Yevgeni Mixaylov hesab edir ki, bu hücumlar təkcə hərbi hədəflərlə bağlı deyil, həm də psixoloji təzyiq elementi daşıyır. 

yevgeni-mixayıkov-rusiya-ukrayna.jpg

O bu barədə EDnews-a danışarkən bildirib ki, PUA hücumları təkcə infrastruktura qarşı deyil, həm də Rusiya daxilində əhaliyə psixoloji təzyiq vasitəsi kimi istifadə olunur.

“Kiyev rejimi son vaxtlar Rusiya Federasiyasının ərazisinə PUA-larla hücumları kəskin şəkildə artırıb. Adətən zərbələrin böyük hissəsi məhz mülki obyektlərə və mülki şəxslərə yönəlir. Təbii ki, infrastruktura da zərbələr endirilir”, — deyə ekspert qeyd edib.

Ekspert hesab edir ki, hücumların intensivləşməsi Rusiya qoşunlarının cəbhənin müxtəlif istiqamətlərində irəliləməsi ilə əlaqəlidir.

“Bu, Ukrayna qoşunlarının təmas xəttindəki ağır vəziyyəti və Rusiyanın faktiki olaraq bütün cəbhə boyunca hücuma keçməsi ilə bağlıdır. Kiyevin Qərb tərəfdaşları Ukraynaya maksimum dəstək göstərməyə davam edir ki, ölkə hərbi əməliyyatları davam etdirmək imkanını qoruya bilsin”. 

Mixaylov həmçinin qeyd edib ki, dron hücumları xüsusilə yay mövsümü ərəfəsində Rusiya daxilində əhalini qorxutmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Rusiya ilə Ukrayna arasında danışıqların perspektivindən danışan ekspert bildirib ki, hazırkı mərhələdə danışıqları real hesab etmir.

“Danışıqlar indi tamamilə mənasızdır. Ən ağır münaqişələr zamanı belə qarşı tərəfə mövqeyini çatdırmaq imkanı olur. Amma bu mərhələdə Rusiya artıq danışıqlar aparmayacaq, çünki bunun mənası yoxdur. Açıq şəkildə deyə bilərəm ki, Moskva Kiyevə əlavə vaxt qazanmağa imkan verməmək üçün Ukraynanın hərbi infrastrukturu ilə bağlı obyektlərə zərbələri davam etdirəcək. Rusiya xalqı artıq müharibə şəraitinə öyrəşib və xalq olaraq birləşib. Bizi qorxutmaq mümkün olmayacaq. Diplomatiyadan danışmaq olarsa, bu, yalnız Rusiya Federasiyasının şərtləri əsasında ola bilər”, — deyə Yevgteni Mixaylov əlavə edib.

Onun sözlərinə görə, Ukrayna daxilində mobilizasiya və hakimiyyətin qərarları ilə bağlı narazılıq günü-gündən artır. 

Hərbi ekspert Donbasda Rusiya qüvvələrinin irəliləyişinin davam edəcəyini, həmçinin sərhədyanı bölgələrdə bufer zonanın genişləndiriləcəyini proqnozlaşdırır. 

“Yaxın vaxtlarda Konstantinovkanın azad edilməsini görəcəyik, bundan sonra yalnız Slavyansk-Kramatorsk aqlomerasiyası qalacaq. Daha sonra diqqət Xerson və Zaporojye vilayətlərinə, həmçinin Sumı və Xarkov vilayətlərində bufer zonanın genişləndirilməsinə yönələcək”, — deyə hərbi ekspert bildirib.

Mixaylovun fikrincə, Ukraynanın PUA hücumlarını artırması cəbhədəki vəziyyəti dəyişməkdən daha çox, Rusiyaya daxildən təzyiq göstərmək və vaxt qazanmaq cəhdi kimi dəyərləndirilə bilər.

Ekspert hesab edir ki, yaxın dövrdə həm cəbhə xəttində, həm də Rusiya-Ukrayna qarşıdurmasının diplomatik müstəvisində gərginlik daha da arta bilər. Onun sözlərinə görə, hadisələrin sonrakı inkişafı təkcə döyüş meydanındakı vəziyyətdən deyil, həm də Qərbin Kiyevə göstərəcəyi hərbi dəstəyin miqyasından asılı olacaq.

Aysel Hacıyeva | EDnews 

Xəbər xətti

32 dərəcə İSTİ OLACAQ - SABAHIN HAVASI
13:49
Gürcüstanda COVID-19 yenidən yayıldı: Azərbaycana da gələcək? - RƏSMİ AÇIQLAMA
13:45
Sibiqa Cənubi Koreyaya səfər edəcək
13:35
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib - FOTOLAR
13:23
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb
13:22
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
13:18
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNİB
13:11
Azərbaycanda “süni yumurta”lar SATIŞA ÇIXARILIB?
13:09
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
13:08
Bu çimərliklərdən istifadə məhdudlaşdırıldı
13:05
Böyük Britaniyanın Baş naziri Kir Starmer İSTEFA VERDİ
12:45
Cəbhə və danışıqlar: Rusiya-Ukrayna müharibəsi "PUA mərhələsində"
12:45
İran nümayəndə heyəti İsveçrədən Tehrana qayıdıb
12:31
Numan Kurtulmuş Azərbaycana gələcək
12:27
ABŞ-İran razılaşması fonunda neft ucuzlaşdı
12:13
Dövlət qulluqçularının sayı və əməkhaqqı açıqlanıb
12:05
“Dostluq” tankeri onlayn formatda təqdim olundu - YENİLƏNƏCƏK
11:50
Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR
11:47
İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNƏCƏK
11:29
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzaladı
11:19
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
11:09
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
11:05
“Əl-Cəzirə” İsrail ordusunun iddialarını təkzib edir
11:05
NİİM piyada və sürücülərə müraciət edib
10:56
Rusiya Qara dənizdə ticarət gəmilərinə hücum etdi - ÖLƏN VAR
10:51
Nəsimidə piyada təhlükəsizliyi ilə bağlı reyd keçirilib - FOTOLAR
10:37
“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçdi
10:25
Ermənistanda ZƏLZƏLƏ OLDU
10:24
Bakıda avtomobil motosikleti vurdu - VİDEO
10:19
Yasamal və Nizaminin bəzi ərazilərində işıq olmayacaq
10:15
Azərbaycanda 12 mindən çox tələbə universitetdən xaric edilib
10:13
AZAL donanmasına dördüncü müasir təyyarə əlavə olunub
10:09
Suraxanıda avtomobil və evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
10:03
Yol polisi təhlükəli hərəkət edən piyadanı saxladı - VİDEO
09:55
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
09:49
İsmayıllıda AĞIR QƏZA: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR
09:44
593 yanğına çıxış olub, 7 meyit aşkarlanıb
09:29
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
09:12
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
09:00
Messi yenidən "Barselona" forması geyinəcək
08:05
Vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə olunmayıb
07:45
“Hizbullah” lideri İsrail qoşunlarının Livandan çıxmasını tələb edib
06:33
Tramp üzr istəməyincə danışıqlara qayıtmayacağıq
06:28
ABŞ-nin İrana qarşı hərbi əməliyyatının dəyəri 40 milyard dollara çatıb
06:12
MƏŞHUR APARICI GECƏ KLUBUNDA YIXILIB?- ŞOK FAKTLAR
05:40
Kabo-Verdedən möhtəşəm qol - Yenilənir
04:51
Ter-Petrosyan Azərbaycana qarşı TƏXRİBAT HAZIRLAYIR?- daha bir savaş...
04:51
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
04:38
Nüvə proqramından Livandakı atəşkəsə qədər: ABŞ-İran görüşünün pərdəarxası məlum oldu
04:23
Sirli olay- Qəbiristanlığın altında 5,5 milyon arı ordusu tapıldı
03:46
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
03:28
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
03:08
Türkiyədə toy mərasimi qanlı sonluqla yadda qaldı: 11 yaralı
02:54
Livan böhranının həlli üçün dialoqa hazırıq - Suriya prezidenti
02:41
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
02:31
Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
01:47
Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar FOTO
01:35
Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü
00:52
Belçika-İran oyununda qolsuz bərabərlik - Yenilənib
00:44
Qətərdə güclü partlayışlar baş verdi
00:17
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR