Azərbaycanda bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb.
EDnews xəbər verir ki, tullantı və çirkab sularının axıdılması səbəbindən bir sıra çimərliklərdə dəniz suyunun keyfiyyətində sanitariya normalarına uyğunsuzluq qeydə alınıb.
Bu səbəbdən Bakı üzrə Türkan, Hövsan, Şıx və Sahil çimərliklərindən istifadə məhdudlaşdırılıb.
Rayonlar üzrə isə Lənkəranda Aşağı Nüvədi, Sütəmurdov və Kiçik Bazar, Xaçmazda isə Niyazoba ərazisindəki çimərliklərdən istifadə məhdudlaşdırılan ərazilər sırasına daxil edilib.
Vətəndaşlara həmin çimərliklərdən istifadə etməmək və sanitariya-gigiyena qaydalarına əməl etmək tövsiyə olunur.







