Yağan intensiv yağışlar və sel suları Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.
EDnews-un sorğusuna cavab olaraq Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ən ciddi problemlərdən biri şəhərin içməli su təminatı ilə bağlıdır.







