Bakının Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb.
EDnews xəbər verir ki, Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
22:23
Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində ("Sovetski" kimi tanınan ərazidə) yanğın baş verib.
EDnews xəbər verir ki, hadisə Təzəpir məscidinin yaxınlığındakı yaşayış evlərindən birində qeydə alınıb.







