İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq bölgədəki Amerika bazalarına qarşı yeni əməliyyat həyata keçirildiyini açıqlayıb.
EDnews İran ordusunun bəyanatında deyilir ki, ABŞ-nin Küveyt, Qətər və Bəhreyndəki bazaları PUA hücumuna məruz qalıb.
Belə ki, İran ordusu tərəfindən Küveytdə yerləşən "Patriot" Hava Hücumundan Müdafiə sistemi, Qətərdəki peyk antenası (erkən xəbərdarlıq məntəqəsi) və Bəhreyndə ABŞ ordusuna məxsus yanacaq anbarları çoxsaylı kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Qeyd edək ki, ABŞ ötən gecə və bu gün İranın müxtəlif bölgələrinə zərbələr endirib. Hücumlar nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınıb.







