İcazə olmadan kamera qoymaq olmaz? - Ali Məhkəmədən qərar

İcazə olmadan kamera qoymaq olmaz? <span class="text-danger">- Ali Məhkəmədən qərar</span>

Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi norma formalaşdırıb.

EDnews xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmənin baxdığı işdə tərəflər binasının eyni girişində və eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.

Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də həmin məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş zəruri və proporsional tədbir hesab edib.

Qərarda daha bir mühüm məqama da aydınlıq gətirilib. Məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.

Xəbər xətti

Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər
14:06
"Arzum9999" üçün imza toplanır - Azadlığa çıxacaq?
14:03
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur
14:00
ABŞ-də sərnişin avtobusu binaya çırpıldı: YARALILAR VAR
13:58
"Tasnim": SEPAH iki terror qruplaşmasını MƏHV EDİB
13:53
Günəşdə yenidən GÜCLÜ PARTLAYIŞ OLDU
13:51
Məşhur müğənni Bonni Tayler vəfat etdi
13:33
Cənubi Koreyanın sabiq rəhbərinə yeddi il həbs cəzası verildi
13:30
61 yaşlı qadın evində ölü tapıldı
13:22
DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
13:20
Paşinyan Simonyanın istefasından danışdı
13:15
Belçikalı nazir Atatürkə görə üzr istədi - FOTO
13:10
Rəsmi Tehrandan ABŞ hücumlarına REAKSİYA
13:08
Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı
13:02
Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 variant var - Paşinyan
12:52
Ermənistanın yeni konstitusiyası bu tarixdə dərc olunacaq
12:39
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33
37 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:30
Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
12:27
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq
12:22
Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”
12:18
ABŞ Almaniyada raketlər YERLƏŞDİRƏCƏK
12:16
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
12:12
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR - VİDEO
12:07
Azərbaycanın “Zəngəzur” gəmisi Britaniya sanksiyalarından AZAD EDİLDİ
11:59
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
11:55
Pezeşkianla Əraqçi izdihamın arasından çətinliklə çıxarıldı - Video
11:51
Tramp sərt danışdı: “Bu qərar Amerikanın məhvinə səbəb ola bilər”
11:46
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı
11:40
Əli Xameneinin cənazəsini daşıyan təyyarə MƏŞHƏDDƏDİR
11:38
Gərginlik artır: ABŞ zərbələri 10-dan çox insanın həyatına son qoydu
11:30
Braziliyalı futbolçu "Qarabağ"dan ayırılır
11:27
Hotellərdən bələdçilərə qədər: Turizm qaydaları yenilənəcək
11:20
İcazə olmadan kamera qoymaq olmaz? - Ali Məhkəmədən qərar
11:12
Bakıda yanacaqdoldurma məntəqəsində dəhşətli qəza – Yaralananlar var
11:07
İran ordusu ABŞ-nin bazalarını HƏDƏFƏ ALDI
10:57
Azərbaycanda yayılan çəyirtkələr HARADAN GƏLİB?- AQTA AÇIQLADI
10:53
Qubada keçmiş məhkum həyətində öldü
10:51
Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
10:48
Salyan Peşə Liseyinə GƏNC KADR TƏYİN OLUNDU
10:40
Xırdalanda evdən 20 yaşlı oğlanın meyiti tapıldı
10:37
Xamenei belə öldürülüb: İLK DƏFƏ PAYLAŞILDI - VİDEO
10:32
Bağçalara qəbulda yeni dövr: Artıq hər şey “myGov” üzərindən
10:28
Çindəki daşqınlarda ÖLƏNLƏRİN SAYI ARTDI
10:21
Ərdoğan TAPANÇALAR hədiyyə etdi AMMA...
10:17
Ermənistanla sərhədlərin delimitasiyası prosesində müsbət irəliləyiş var - XİN BAŞÇISI
10:09
Yasamaldakı güclü yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDI - VİDEO
10:00
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi
09:57
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
09:53
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO
09:46
Azərbaycan neftinin qiyməti 82 dolları keçdi
09:40
Qızılın qiyməti 4100 dollardan aşağı düşüb
09:22
Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib
09:18
DÇ-2026-da penaltilər tarixində ən pis göstəricilər qeydə alınıb -59 penaltidən 20-sini qaçırıblar
09:14
Süni intellektin ən çox təsir edəcəyi peşələr açıqlanıb
08:55
Ən faydalı üzüm növü hansıdır? - Mütəxəssis açıqladı
08:47
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
08:20
Dünya bazarlarında NEFT BAHLAŞIR
08:18
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
08:16
"Qarabağ" Avropa Liqasında yeni mövsümə start verir
08:12
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR