Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət irəliləyiş var.
EDnews xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb:
"Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işə şahidlik edirik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub".







