"Barselona"nın hücumçusu Joao Feliks zədələnib.
Ednews xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 24 yaşlı forvard ötən gün komandanın məşqi zamanı sıradan çıxıb. Onun topuq nahiyəsində zədə aşkarlanıb. Feliks buna görə də 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Joao Feliks bu mövsüm 28 matçda 7 qol vurub və 5 qolun ötürməsini verib.