"Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer" yeni rekorda imza atıb.
Ednews "Opta"ya istinadən xəbər verir ki, komanda Bundesliqanın 23-cü turunda "Maynz"a 2:1 hesabı ilə qalib gələrək buna nail olub. Bununla da Leverkuzen təmsilçisi bütün turnirlərdə uduzmadığı ardıcıl matçların sayını 33-ə çatdırıb. "Bayer" "Bavariya"nı (32 oyun) geridə qoyaraq bu göstəricidə yeni rekorda imza atıb.