Sena çayı qalmaqalı və daha nələr: Paris Olimpiya Oyunlurına necə hazırlaşır? - ARAŞDIRMA

İdman 12:00 17.07.2024

Fransada "Paris 2024" Olimpiya Oyunları keçiriləcək. Oyunların tarixi iyulun 26-dan avqustun 11-dək təyin edilib. Yeri gəlmişkən, "Paris 2024" Paralimpiya Oyunları isə 28 avqust – 8 sentyabr tarixlərində keçiriləcək. Təyinatını aldığı tarixdən etibarən bir sıra xarici, hətta özünün yerli KİV - lərində Parisin bu oyunlara hazır olmadığı, hətta şəhərin, Sena çayının çirkliliyi dəfələrlə başlığa çıxarılaraq oyunların burada keçirilməsi tənqid edilirdi. Oyunların başlamasına artıq 10 - gündən də az bir vaxt qalıb, bəs Fransa Olimpiya Oyunlarına necə hazırlaşır?
 

Ednews - un xəbərinə görə, "Reuters" 2024-cü il Paris Olimpiya Oyunları barədə bilinməli olan başlıca bilgiləri kiçik bir izah materialında toplayıb. Burada oxuculara tarixlər, məkanlar, yeni idman növləri və güvənlik məsələlərinə dair bilgi verilir:

Oyunlar harada keçiriləcək?

2017-ci ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Oyunlarının Parisdə keçirilməsi haqda qərar qəbul edib. O zaman Parisin tək rəqibi olan Los-Anceles Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün daha dörd il gözləməyə razılaşıb.

Bu vaxtadək iki Olimpiadaya ev sahibliyi edən Parisdə son dəfə Olimpiya Oyunları 1924-cü ildə keçirilib. Oyunlar Paris, onun yerləşdiyi İl-de-Frans regionunda, Fransanın materik və kənar ərazilərində yerləşən 35 məkanda keçiriləcək.

"Paris 2024" Olimpiya Oyunlarında hansı yeni idman növlərinin debütü olacaq?

Breykdansın yarış forması olan breyk incəsənət və rəqsi akrobatik hərəkətlərlə birləşdirir. Breykin debütü "Paris 2024" Olimpiya Oyunlarında olacaq.

Olimpiya debütü 2020-ci il Tokio Olimpiya Oyunlarında olan karate 2024-cü il Yay Olimpiya Oyunları təşkilatçılarının təklif etdiyi idman növləri arasında yoxdur. Beysbol-softbol da "Paris 2024"də olmayacaq, ancaq 2028-ci il Los Anceles Oyunlarında yenidən qayıdacaq.

Olimpiya Oyunlarının açılış mərasimi nə zaman və necə olacaq?

"Paris 2024" Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da, Paris vaxtı ilə axşam saat 7:30-da başlayacaq. Stadionda keçirilən ənənəvi açılış mərasimi əvəzinə Sena çayı boyunca 6 kilometrlik çay paradı planlaşdırıb. Parad Eyfel qülləsinin aşağısında sona çatacaq.

Paradı Sena çayının sahillərindən 300 minədək tamaşaçı izləyəcək. Dünya auditoriyası isə bu mərasimə televiziyadan tamaşa edəcək.

Sena çayı qalmaqalı:

Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün verdiyi əsas vəd onun məşhur çayı olan Senanın açıq suda üzgüçülük yarışlarını həyata keçirə bilməsi üçün vaxtında təmizlənəcəyi idi. Lakin Parisin kanalizasiya sistemi güclü yağış zamanı fırtına suları tərəfindən aşıldığında tullantı sularını çaya tökmək üçün nəzərdə tutulduğu üçün bir əsrdir ki, Sena çayında üzgüçülük qadağan edilib. Çünki belə olduğu təqdirdə su "nəcis" ilə dolub daşır. Paris rəsmiləri oyunlar ərəfəsində hər gün suyun keyfiyyətini yoxlayacaqlar. Onlar məşhur çirklənmiş çayda üzgüçülük keçirmək üçün iddialı planlarının uğur qazanacağına ümid edirlər, lakin unutduqları bir şey var ki, açıq suda üzgüçülük ehtimalı da hava və şansdan asılı olacaq.

Hansı güvənlik riskləri var və bu risklər açılış mərasiminə necə təsir göstərə bilər?

Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də hücum təhlükəsi Fransa hökumətini bu il güvənlik hazırlığını ən yüksək səviyyəyə qaldırmağa məcbur edib.

Oyunlar zamanı Parisin güvənliyini Fransa polis və güvənlik güclərinin təxminən 45 min əməkdaşı qoruyacaq. Onlar bir neçə min nəfər xarici güvənlik əməkdaşından əlavə dəstək alacaqlar. Daxili işlər naziri Jerald Darmanen may ayında bildirib ki, Fransa açılış mərasiminin güvənlik təhdidlərindən, o sıradan dron hücumlarından qorunmasına 35 min güvənlik agenti cəlb edəcək.

Prezident Emmanuel Makron aprel ayında deyib ki, güvənliklə bağlı səbəblərdən ehtiyac yaranarsa, Fransa Olimpiya mərasiminin Sena çayı üzərində keçirilməsinə alternativlər də hazırlayıb.

Makron bildirib ki, alternativlərdən biri mərasimi, sadəcə, Parisin Eyfel qülləsinə baxan Trokadero meydanında keçirmək, digəri isə onu "Stad de Frans" stadionuna köçürməkdir.

Rusiya 2024-cü il Olimpiya Oyunlarına qatılacaqmı?

Rusiya iki il öncə fevralda Ukraynaya hücum edəndən bəri Beynəlxalq Olimpiya Komitəsi öncə Rusiya və müttəfiqi Belarusdan olan idmançıların beynəlxalq yarışlarda iştirakının qadağan olunmasını tövsiyə etmişdi. Ancaq Komitə sonradan onların neytral idmançı statusu ilə iştirakına icazə verib. İştirak üçün vəsiqə qazanan hər bir idmançı Beynəlxalq Olimpiya Komitəsinin təyin etdiyi üçnəfərlik panelin yoxlamasından keçməlidir. Panel onların tələblərə cavab verib-vermədiyini yoxlayır. Ukraynada aparılan müharibəni aktiv dəstəkləməmiş və hər hansı hərbi, yaxud güvənlik qurumu ilə müqavilə imzalamamış olmaları da bu tələblər arasındadır.

Rusiya və Belarusdan olan idmançılar komanda yarışlarına qatıla bilməzlər. Ancaq onların tərəfsiz idmançı statusu ilə, yəni bayraqsız və himnləri səsləndirilmədən iştirakına icazə verilib. Onların açılış paradına qatılmasına da icazə verilməyib. Rusiya bu qadağaları ayrıseçkilik adlandıraraq qınayıb və Beynəlxalq Olimpiya Komitəsini Ukraynanın konspirasiyasına qatılmaqda suçlayıb. Rusiyanın RİA dövlət xəbər agentliyinin verdiyi xəbərə görə, Rusiya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə cavab verməyən 245 idmançıya kompensasiya ödəyib.

Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Qaz təchizatı haqqında” qanun layihəsi qəbul olundu
13:07 13.06.2025
Qadın profilləri ilə vətəndaşları aldadan şəxs saxlanılıb
12:49 13.06.2025
Yaxın Şərqin Barıt Çəlləyi: İran–İsrail Münaqişəsinin Anatomiyası
12:48 13.06.2025
"NATO İran-İsrail münaqişəsində iştirak etmir"
12:25 13.06.2025
Cəmkəran məscidində qisas bayrağı qaldırılıb
12:06 13.06.2025
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb
11:49 13.06.2025
İngiltərə Liqa Kubokunda yeni qayda tətbiq ediləcək
11:26 13.06.2025
Yerli şirkətlərin tanıtım sərgisi 30 min qonaq gözləyir
11:22 13.06.2025
Qanunsuz aborta görə cəzaların sərtləşdiriləcək
11:18 13.06.2025
TDT-nin mülki müdafiə mexanizmi təsis ediləcək
11:05 13.06.2025
"Liverpul" Osimhenə elçi düşüb
10:39 13.06.2025
İsrailin Təbrizə hücumu nəticəsində üç nəfər həlak olub
10:34 13.06.2025
Şahbaz Şərif BMT-ni İran və İsrail arasında gərginliyin daha da artmasının qarşısını almağa çağırıb
10:16 13.06.2025
"İranla müharibə uzun sürəcək"
09:57 13.06.2025
"İran cavab addımı atsa..."
09:13 13.06.2025
"İsrailin İrana qarşı hücumları BMT Nizamnaməsinin pozulmasıdır"
08:36 13.06.2025
AKP İsrailin İrana hücumunu pisləyib
08:33 13.06.2025
“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
08:07 13.06.2025
Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı addımlarını pisləyib
07:56 13.06.2025
İran İsrailə 100-dən çox PUA göndərib
07:40 13.06.2025
İordaniya hava məkanını bağlayır
07:38 13.06.2025
Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub?
06:15 13.06.2025
İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb
06:11 13.06.2025
İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı həlak olub
05:50 13.06.2025
Böyük Britaniya İsrail və İranı gərginliyi azaltmağa çağırıb
05:09 13.06.2025
İranın nüvə obyektində partlayışlar baş verib
00:54 13.06.2025
"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Çimərlik mövsümü 15 İyunda başlayacaq
12:48 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
Hamısı