Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Ednews xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib.
H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb.
***
Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib. O, bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq.
***
Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb. O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.