Adidas-ın rəsmi hesabı Olimpiya çempionumuz Hidayət Heydərov barəsində paylaşım edib.
Ednews xəbər verir ki, paylaşımda yazır:
"Heydərov Hidayət bu il məğlubedilməzdir. Azərbaycanın cüdo idmanı üzrə 16 il sonra qızıl medalını qazanan Heydərov Olimpiya Oyunlarında debütündə -73 kq çəki dərəcəsində qələbə qazandı".
Xatırladaq ki, cüdoçumuz 73 kq çəki finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Əkbər Novruz