Paris 2024 - ün olimpiadıçıları yeməklərində qurd tapıblar.
Ednews xəbər verir ki, bu barədə ingiltərəli üzgüçü Adam Peaty "The Guardian"a açıqlamasında söyləyib.
“İdmançıların performansları ilə müqayisədə yeməklər üçün də eynisini deyə bilməyəcəm. Biz potensialımızın ən yaxşısını ortaya qoymalıyıq, bunun üçün də gözəl yemək şərtdir. Tokioda yeməklər inanılmaz idi. Rioda inanılmaz idi. Amma bu dəfə? Kifayət qədər protein variantları yox idi, növbə sistemi olmadığı üçün yemək üçün 30 dəqiqə gözləməli olurduq. Mən ət istəyirəm, yüksək performans nümayiş etdirmək üçün mənə ət lazımdır. Evdəki rejimimi burada niyə niyə dəyişmək məcburiyyətindəyəm? Balıq bəyənirəm, amma digər idmançılar balıqda qurd aşkarladıqlarını söyləyirlər".
Qeyd edək ki, buna cavab olaraq Olimpiada oyunlarının sözçüsü bütün rəyləri nəzərə alacaqlarını, daha keyfiyyətli iş görəcəklərini söyləyib.
Əkbər Novruz