"Milan"ın müdafiəçisi Kayl Uoker zədələnib.
“EDnews” xəbər verir ki , ingilis futbolçuya dirsək sümüyünün sınığı diaqnozu qoyulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, ötən gün məşqdə zədə alıb və dərhal əməliyyat olunub. Əməliyyat plan üzrə gedib. Kayl dərhal reabilitasiyaya başlayacaq.
Qeyd edək ki, 34 yaşlı Uoker icarə əsasında çıxış etdiyi "Milan"da 12 oyun keçirib.
Fatimə Mərdanlı // EDnews