Can Pyero Qasperini "Roma" ilə razılığa gəlib.
"EDnews" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "Atalanta"nın baş məşqçisi hazırkı klubundan ayrılaraq paytaxt komandasına keçəcək. O, "Roma" ilə üç illik müqavilə imzalayıb.
Qasperini 2016-cı ildən "Atalanta"ya başçılıq edib və klubla birlikdə Avropa Liqasını qazanıb.