Azərbaycan futbolunun tanınmış klubları olan "Xəzər Lənkəran" və "Neftçi"nin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək.
EDnews xəbər verir ki, qarşılaşmada hər iki komandanın sabiq futbolçuları yaşıl meydanda üz-üzə gələcəklər.
Yoldaşlıq görüşünün keçirilməsində məqsəd veteran futbolçuları bir araya gətirmək, azarkeşlərə nostalji anlar yaşatmaq və futbol ənənələrini yaşatmaqdır.
Oyunun keçiriləcəyi tarix, məkan və digər detallarla bağlı əlavə məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.







