Fransada anomal isti hava şəraiti davam edir və güclü istilər səhiyyə sisteminə əlavə yük yaradıb.
EDnews xəbər verir ki, son 24 saat ərzində Paris və İl-de-Frans regionunun xəstəxanalarına təxminən 3 min nəfər müraciət edib. Bu göstərici adi dövrlə müqayisədə 36 faiz çoxdur.
Məlumata görə, ölkənin 37 bölgəsində, o cümlədən paytaxt Parisdə ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.
Sinoptiklərin proqnozuna əsasən, bəzi ərazilərdə havanın temperaturu 42 dərəcəyədək yüksələ bilər.
Hakimiyyət orqanları əhaliyə zəruri olmadığı halda günün ən isti saatlarında açıq havada olmamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər.

.jpg)





