Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dünya A- A A+

Dünyanın 41 dövlətində üç milyard insan bu və ya digər səviyyədə təcrid vəziyyətindədir.

"EDNews" xəbər verir ki, bu haqqda “Sky News”un hesablamalarından sonra bəlli olub.

Məlumata görə, 1,5 milyard insan sərt karantin vəziyyətindədir. Məsələn, İtaliyada və Avropanın bir sıra digər ölkələrində evdən çıxmaq cərimə ilə nəticələnir. 

Bildirilir ki,  35 ölkədə martın sonuna qədər məktəblər bağlanıb. Bir sıra ölkələrdə kütləvi tədbirlər ləğv olunub.

Çində isə son həftə ərzində məhdudiyyət tədbirləri zəifləyib.

ABŞ Con Hopkins Universitetinin son məlumatlarına görə, dünyanın 196 ölkəsində 480,4 min yoluxma halı qeydə alınıb. Yoluxanlardan 115,8 mini sağalıb, 21,5 mini ölüb.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...