Lixtenşteyn sakinləri referendumda kazinoların qadağan edilməsi təşəbbüsünü rədd ediblər - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Lixtenşteyn sakinləri referendumda kazinoların qadağan edilməsi təşəbbüsünü rədd ediblər

Dünya A- A A+

Lixtenşteyn Knyazlığının vətəndaşları bazar günü keçirilən referendumda ölkədə kazinoların qadağan edilməsi ilə bağlı ictimai təşəbbüsü rədd ediblər.

Ednews xəbər verir ki, hökumətin saytında yer alan məlumata görə, səslərin 73,3 faizi təklifin əleyhinə olub.

Səsvermənin nəticələrindən məlum olur ki, kazinoların qadağan edilməsi təklifi ölkənin 11 bələdiyyəsinin heç birində dəstək almayıb. Seçici fəallığı 70 faiz olub.

Ümumilikdə, hazırda təxminən 40 min əhalisi olan Lixtenşteyn Knyazlığında altı kazino fəaliyyət göstərir. Onların hamısı 2017-ci ildə açılıb. Bu müəssisələr təkcə Lixtenşteyndən deyil, həm də qonşu İsveçrə, Avstriya və Almaniyadan müştəriləri cəlb edir. Hökumət belə bir hərəkəti həddindən artıq radikal hesab edərək, seçiciləri kazino qadağasının əleyhinə referendumda səs verməyə çağırıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...