Azərbaycan xilasediciləri daha 2 nəfərin meyitini çıxardı - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan xilasediciləri daha 2 nəfərin meyitini çıxardı

Dünya A- A A+
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 2 nəfərin meyitini çıxarıb.
 
Ednews xəbər verir ki, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
 
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...