Somali hökumətinin sözçüsü Farhan Jimale, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin bəyanatından sonra Türkiyəyə Somali hökumətinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdiklərini bildirib.
Ednews birgun.net-ə istinadən xəbər verir ki, Yüksək səviyyəli Somali rəsmiləri Türkiyənin Efiopiya-Somaliland razılaşmasından sonra Somalinin ərazi bütövlüyünü vurğulayan bəyanatını müsbət qarşılayıb.
Somalinin daxili işlər naziri Əhməd Moalim Fiqi, ölkələrinin suverenliyi və ərazi bütövlüyünün Efiopiya tərəfindən pozulduğu bir vaxtda Türkiyənin qardaş dəstəyini alqışladıqlarını bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Öncü Keçeli bu barədə açıqlama verib. O bildirib ki:
Türkiyənin Somalinin birliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqlədiyini bildirən Keçeli bu vəziyyətin beynəlxalq hüququn tələbi olduğunu vurğulayıb.
Yanvarın 1-də Efiopiya və Somaliland arasında limandan istifadə və dənizə çıxış üçün anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumu Efiopiyaya Somaliland sahillərində həm ticari, həm də hərbi fəaliyyət göstərməyə imkan verir.
Somaliland prezidenti Musa Bihi Abdi, Efiopiyanın müqavilənin başa çatması ilə onları "müstəqil" kimi tanıyacağını demişdi.
Efiopiyanın Qırmızı dəniz sahillərinə çıxış əldə etmək üçün Somaliland ilə razılaşması son illərdə artmaqda olan regional gərginliyi daha da artırdı.
Xəyal Ramiz