ABŞ Hərbi Dəniz Qüvvələrinin iki əsgəri Somali sahillərində “əməliyyat” keçirərkən yoxa çıxıb.
Ednews sözcü.com nəşrinə istinadən xəbər verir ki, Somali sahillərində naməlum xarakterli əməliyyatlar aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki əsgərinin dənizdə itdiyi bildirilib.
Bölgədə axtarış-xilasetmə işlərinə başlanarkən, işlər tamamlanana qədər "təhlükəsizlik səbəbilə" əlavə məlumat verilməyəcəyi bildirilib.
İtkin düşən əsgərlərin “müxtəlif missiyaları dəstəkləmək üçün ABŞ-ın 5-ci Donanmasının (C5F) əməliyyat bölgəsində” yerləşdirildiyi paylaşılıb.
Xəyal Ramiz