Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında davam edən müharibənin Livana qədər genişlənməsi ilə bağlı dünyaya xəbərdarlıq edib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Baş katib bunu Dünya İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb.
“Mövcud müharibənin Livana qədər genişlənməsinin aqibəti həm siyasi, həm də iqtisadi baxımdan çox ağır olacaq. Biz buna yol verməməliyik”.
Quterreş həmçinin çıxışında Qəzzada təcili humanitar atəşkəs çağırışı edib.
Quterreş çıxışında Fələstin - İsrail münaqişəsinin həllinə də toxunub və bununla bağlı bildirib ki, “Hazırkı vəziyyət göstərdi ki, ikili dövlət formatı bu problemin yeganə həl yoludur”.
Loğman Yunis