Florida ştatının qubernatoru Ron Desantis Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizəni dayandırıb və keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.
Mənbə yazır ki, beləliklə, yalnız iki namizəd Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizəni davam etdirəcək: ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və keçmiş prezident Donald Tramp.
Respublikaçıların praymerizi (ilkin seçkilər) yanvarın 23-də Nyu-Hempşirdə keçiriləcək.