Pegasus Hava Yolları beynəlxalq ekonom sinif sərnişinlərindən kabin baqajı üçün əlavə ödəniş almağa başlayır.
Ednews m.haber.7-ə istinadən xəbər verir ki, yemək, oturacaq seçimi və baqaj üçün əlavə ödəniş alan Pegasus Hava Yolları artıq ekonom sinif uçuşlarında kabin baqajı üçün ödəniş almağa başlayır. Pegasusun qərarı xüsusilə sosial media platformalarında sıx reaksiyaya səbəb olub.
Fevralın 14-dən etibarən Pegasus beynəlxalq ekonom sinif (Super Eko) biletləri olan sərnişinlərdən kabin baqajı üçün əlavə ödəniş alacaq. “Super Eko - Light” sinifli biletlər üçün sərnişinlərə kabin baqajını daşımaq qadağandır. Bu sərnişinlər yalnız noutbuk və ya oturacağın altına sığacaq qədər kiçik çanta götürə biləcəklər.
Xəyal Ramiz