“Son günlərdə Hizbullah və İsrail arasında hərbi eskalasiya artıb”.
Ednews xəbər verir ki, bu sözləri İordaniyalı hərbi ekspert Fayiz Al- Doveyri “Əl-Cəzirə” telekanalına verdiyi müsahibə zamanı deyib. Onun sözlərinə görə, qarşıdurma olasa da müharibənin başlanması ehtimalının olduğu anlamına gəlmir:
“Çünki İsrail ordusu yeni müharibəyə başlamaq üçün kifayət qədər hərbi texnikaya malik deyil. Bundan əlavə yeni müharibəyə girmək üçün psixoloji olaraq hazır deyillər. ABŞ-a gəlincə, o, dünyada Rusiya-Ukrayna müharibəsi kimi yeni müharibə başlamasını istəmir, bununla bağlı İsrail rəsmilərinin açıqlamalarına gəlincə, bunlar yanlız İsrail xalqını sakitləşdirmək üçün irəli sürülüb”.
Loğman Yunis