“Polşa və Amerika kəşfiyyatı Polşanın mülki əhalisinə qarşı genişmiqyaslı təxribat hazırlayır. Buna görə Rusiya və Belarus günahlandırılacaq”.
Ednews xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, təxribat Ukrayna, Polşa və Litva ərazisində yerləşən yaraqlıların iştirakı ilə həyata keçiriləcək:
"Artıq həmin yaraqlıların bütün ssenarilərini bilirik.
Eyni zamanda rəsmi Varşava bizim bəzi məmurları öz tərəflərinə (Zaverbovka) çəkməyə çalışır. Onlar Qərbə sadiq şəxsləri toplamaq fikrindədirlər".