Tailandda saxlanılan rusiyalı reper Matranq Moskvaya deportasiya olunub.
Ednews xəbər verir ki, bu barədə onun bacısı sosial şəbəkədə məlumat yayıb. O, narkotik istifadəçisi olan reperin hazırda klinikaların birində reabilitasiyada olduğunu bildirib:
"Çoxları Alanın narkotik istifadə etdiyinə inanmaq istəmirdi, amma təəssüf ki, bu, acı həqiqətdir. Biz onun özünü sürüklədiyi vəziyyətdən çıxmasına kömək etmək üçün əlimizdən gələni edirik. İndi Alanı çox uzun bir müalicə gözləyir. O, ünsiyyət qurmayacaq, çıxış etməyəcək və bütün ictimai fəaliyyəti dayandırılacaq".
Oğuz