ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın Avropadakı ilk avtomobil fabrikinin yerləşdiyi Qrünheide bölgəsinin sakinləri fabrikin genişləndirilməsi planına qarşı çıxıblar.
Ednew zdf.de-ə istinadən xəbər verir ki, Almaniyanın Brandenburq əyalətinin Qrünheide bölgəsində yaşayan insanlardan yerli hakimiyyət orqanları Teslanın 160 hektar meşə sahəsini əhatə edən “giqa fabriki”nin genişləndirilməsi planını təsdiq edib-etmədiklərini soruşub.
Əhalisi 8 mindən az olan Qrünheide sakinlərinin 70 faizi məcburi olmayan səsvermədə iştirak edib. 3499 sakin genişlənmə planına qarşı çıxdığı halda, 1882 nəfər onu dəstəkləyib.
İlon Maska məxsus Tesla sözügedən fabrikin təchizat təhlükəsizliyini artırmaq üçün işçilərin uşaqları üçün anbarlar və uşaq bağçaları tikməyi planlaşdırırdı.
Teslanın planının təxminən 250 hektar meşənin kəsilməsinə səbəb olacağı iddia edilir.
Obyektin su tələbinin sıx olması son 5 ildə quraqlıqdan əziyyət çəkən bölgədə yaşayanlar üçün çətin vəziyyət yaratsa da, sözügedən genişləndirmə planının “su mühafizə zonası”na da mənfi təsir göstərəcəyi bildirilir. .
Xəyal Ramiz