“Sudan ölkədə rus hərbi dəniz bazasının yaradılmasına razıdır”.
Ednews xəbər verir ki, bu sözləri Sudanın Xarici İşlər naziri Əli Əl-Sadiq Sputnik agentliyinə verdiyi açıqlamasında bildirib.
“Sudan parlamenti dəniz bazası yaradılması ilə bağlı razılaşmanı ölkədə keçriləcək seçkilərdən sonra nəzərdən keçirməyə başlayacaq”.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Sudana sonuncu səfəri ötən ilin fevralında olub. Lavrov illərlə dondurulan Rusiya hərbi dəniz hərbi bazasının yaradılmasını Sudan rəsmiləri ilə yenidən müzakirə edib.
Loğman Yunis