Litvada 2,5 min ehtiyatda olan hərbçinin iştirakı ilə silahlı qüvvələrin tarixində ən böyük hərbi manevrlər keçiriləcək.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.
Qeyd edilib ki, manevrlərdə ehtiyatda olan hərbçilərlə yanaşı, 4 mindən çox peşəkar hərbçi və çağırışçı iştirak edəcək.
Bundan əlavə, Litvanın NATO müttəfiqləri də manevrlərə qatılacaq.