"Yerevan Rusiya qoşunlarının ölkədən çıxarılmasını heç ağlına da gətirməsin".
Ednews xəbər verir ki, Rusiya parlamentinin Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondarev bu barədə özünün teleqram kanalında yazıb.
“Bu, Paşinyan hökumətinin hələlik ən böyük qeyri-dost addımıdır. Bundan bu nəticəni çıxarmaq olar ki, bizi Ermənistanda artq o qədər istəmirlər. Bu, əslində Ermənistanın sakit, lakin ardıcıl şəkildə qeyri-dostluğa doğru sürüklənməsi, KTMT-nin əsaslarından ayrılmasıdır”.
Bondarev deyib ki, bu ehtimalən Yerevanın Rusiyanın bütün sərhədçilərinin və bütün hərbçilərinin Ermənistandan çıxarılmasına oxuduğu prelüddür. Millət vəkilinin fikrincə, bu, böyük eskalasiyaya səbəb olacaq.
“Mən Ermənistan hakimiyyətinə Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını heç ağlına belə gətirməməsəini tövsiyə edərdim”.
Əkbər