Rusiya prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO üzvlüyünün mənasız olduğunu bildirib.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Putin Finlandiya sərhədində hərbi baza quracaqlarını açıqlayıb.
Rusiya prezidenti Putin dövlət mediasına danışıb. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün mənasız olduğunu bildirib və Finlandiya sərhədində hərbi birləşmə quracaqlarını açıqlayıb.
Rusiyanın nüvə müharibəsinə hazır olduğunu, lakin bunun üçün hələ lazımi vəziyyətin olmadığını bildirən Putin, “ABŞ nüvə sınağı etsə, Rusiya da eynisini edəcək” deyib.
Putin Rusiyaya hücum olacağı təqdirdə nüvə silahından istifadə edəcəyi ilə hədələyib.
Amerika seçkiləri ilə bağlı danışan Rusiya lideri "Biz heç bir ölkənin seçkilərinə müdaxilə etməmişik. Seçilmiş Amerika lideri ilə işləməyə davam edəcəyik" deyib.
Putin həmçinin bildirib ki, Tramp onu prezidentliyi dövründə Baydenə rəğbət bəsləməkdə ittiham edib.
Xəyal Ramiz