Moldova höküməti və Qaqauz Muxtar Vilayəti arasında münasibətlər yenidən gərginləşib.
Ednews xəbər verir ki, buna səbəb olaraq Moldovanın Qaqauz Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutsul ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi göstərilib.
Qaqauz administrasiyası nəzdində fəaliyyət göstərən Şor partiyası verdiyi açıqlamada Moldova rəhbərliyinin görüşlə əlaqədar Qutsulun saxlanması üçün hazırlıq gördüyünü iddia edib.
Qeyd edək ki, 2023-cü ilin mayında Qaqauz Muxtar Vilayətində keçirilən prezident seçkilərində Rusiyayönlü siyasəti ilə tanınan müxalifətdəki Şor partiyasının üzvü Yevgeniya Qutsul qalib gəlib. Moldova höküməti Qutsulun prezidentliyini hələ ki, təsdiqləməyib.
Əkbər