Afrikada internet kəsilib.
Ednews Rusiya mediasına istinadən xəbər verir ki, Cənubi Afrikada internet şəbəkəsi tamamilə kəsilib.
Sualtı kabellərin zərər görməsi regionda bir çox dövlətlərin internetsiz qalmasına səbəb olub. Ölkələrdə həmçinin, bir çox televiziya və radio kanalları da şəbəkədən qopub.
Xəbərə görə, Karib dənizindən Afrikaya uzanan şbəkə xətti naməlum səbəblərdən dolayı zərər görüb. Afrikada Benin, Burkina, Qana, Kameron, Nigeriya və Niger kimi ölkələr tamamilə internet şəbəkəsindən məhrum olublar.
Fərid