Texnologiya milyarderi İlon Mask süni intellekt texnologiyasının gələcəyi ilə bağlı təəccüblü açıqlamalar verib.
Ednews m.haber-ə istinadən xəbər verir ki, Mask süni intellektin tezliklə insan intellektini üstələyəcəyini iddia edib.
Tesla, SpaceX və X şirkətlərinin rəhbəri İlon Mask, ən ağıllı insandan daha ağıllı süni intellektin bir və ya iki il ərzində hazırlanacağını proqnozlaşdırdığını söylədi.
Bu gün X-də dərc olunan müsahibəsində Mask, "süni ümumi intellektin" 2025 və ya 2026-cı ildə "ən ağıllı insandan daha ağıllı" olacağını söylədi.
İnsanın başa düşdüyü və görə biləcəyi bütün vəzifələri yerinə yetirə biləcək səviyyədə özünü öyrətmək qabiliyyətinə malik olan proqram təminatı və bu proqram təminatının yaradılması üzərində aparılan işlərə “süni ümumi intellekt” deyilir.
Xəyal Ramiz