Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti TikTok-un bloklanması ilə bağlı məktub göndərib.
Ednews brief.com -a istinadən xəbər verir ki,Qərarın əsası TikTok-un “Uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurmasının qarşısının alınması üzrə tədbirlər haqqında” Qırğızıstan Respublikasının Qanununa əməl etməməsi olub.
İdarədən bildirilib ki, qanun uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumat növlərini müəyyən edir.
Nicat