Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ölkənin BRİKS-ə üzv olmaq istədiyini və bu təşkilatın Aİ-yə yaxşı alternativ ola biləcəyini açıqlayıb.
Ednews "Sputnik"ə istinadən xəbər verir ki, o, bunu Çində keçirdiyi işgüzar səfəri zamanı söyləyib.
"Biz BRİKS-in üzvü olmaq istəyirik. Bu il işlərin necə gedəcəyini yaxından müşahidə edəcəyik".
Avropa İttifaqı ilə Gömrük İttifaqına malik olan Türkiyənin BRİKS kimi müxtəlif platformalarda müxtəlif tərəfdaşlarla yeni əməkdaşlıq imkanları axtarmağa davam etdiyini qeyd edən Fidan, gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRİKS toplantısına qatılacağını bildirib".
Əkbər Novruz