Makron Ukraynada 4500 əsgərdən ibarət “Fransız briqadası” yaratmaq niyyətini açıqlayıb.
Ednews "The Guardian"a istinadən verir ki, o, bunu ABŞ - da Normandiyanın işğaldan azad edilməsinin 79 - cu illiyində deyib.
"Fransa 4500 ukraynalı əsgərin təlim və geyimlə təmin olunmasını öz üzərinə götürəcək".
O, həmçinin vurğulayıb ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilməlidir, lakin “bu məqam hələ çatmayıb, çünki Rusiya irəliləməkdə davam edir”.
Qeyd edək ki, Fransa "Mirage-2000" qırıcılarını da Ukraynaya təhvil verməyi planlaşdırır.
Əkbər Novruz