Boliviyada çevriliş cəhdi: Luis Arke demokratiyanı müdafiə etməyə çağırır.
Ednews CNN-ə istinadən xəbər verir ki, ötən gün Boliviya prezidenti Luis Arke bu qısamüddətli çevriliş cəhdi ilə üzləşib. Əsgərlər və zirehli texnika La Pazda hökumət binalarını mühasirəyə alarkən, prezident vətəndaşları demokratiyanın müdafiəsi üçün "təşkilatlanmağa və səfərbər olmağa" çağırıb.
"Biz çevriliş cəhdlərinin yenidən boliviyalıların həyatını ələ keçirməsinə icazə verə bilmərik. Biz hamını demokratiyanı müdafiə etməyə çağırmaq istəyirik" deyə prezident iqamətgahı Casa Grande-dən Arke bəyan edib.
Çevriliş cəhdi prezident Luis Arkeyə sadiq qüvvələrin səfərbərliyi və kütləvi xalq dəstəyi sayəsində tez bir zamanda yatırıldı.
A.Mikayıl