Hindistanda bir gün ərzində ildırım vurması nəticəsində ən azı 38 nəfər həlak olub.
Ednews “India Today”ə istinadən xəbər verir ki, hadisə Uttar Pradeş vilayətində qeydə alınıb.
Hindistan Meteorologiya Departamenti (IMD), Uttar Pradeş və ona bitişik vilayətlərdə növbəti beş gün ərzində daha geniş miqyaslı yağışların davam edəcəyini, ildirım hadisəsinin arta biləcəyini proqnozlaşdıraraq ehtiyatlı olmağa çağırıb.
Əkbər Novruz