Pakistanda 5 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentrinin Dera-Qazi-Xan şəhərindən 134 kilometr qərbdə yerləşdiyi bildirilib. Sözügedən şəhərdə 236 min sakinin yaşadığı qeyd olunub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.