Tayland lüks bir oteldə 6 ölü aşkar edilib.
Ednews rtve.es saytına istinadən xəbər verir ki, Tayland polisi ötən gün Banqkokda lüks bir oteldə 6 nəfərin cəsədini tapıb və polisin verdiyi məlumatlara görə, onların zəhərləndiyi ehtimal edilir. Polis orqanları qurbanların yanında stəkan və stəkanlarda siyanid izlərinin aşkar edildiyini də bildiriblər.
Tailand mətbuatı Matichon-un məlumatına görə, ölənlər dördü vyetnamlı və ikisi Vyetnam əsilli amerikalıdır. Səlahiyyətlilər altı qurbanla birlikdə qeydiyyatda olan yeddinci qonağın itkin düşdüyünü bildirib.
Araşdırmalar hələ də davam edir.
A. Mikayıl